"Qarabağ" və Azərbaycan milli komandasının müdafiəçisi Abbas Hüseynov Kipr klublarının maraq dairəsindədir.
Bizim.Media xəbər verir ki, Kipr klubları millimizin üzvünü yayda heyətinə qatmaq istəyib.
Lakin Hüseynov "Qarabağ"da qalmağa üstünlük verib. Buna baxmayaraq, adları çəkilən komandalar bu transferdən imtina etmək niyyətində deyil. “Aris”(Limassol) və APEOL Abbası indi də izləyir və onun transferi üçün qışda, ən pis halda isə yayda "Qarabağ"a müraciət edəcək.
Qeyd edək ki, 30 yaşlı futbolçusunun "Qarabağ"la müqavilə müddəti 2027-cı il iyunun 30-na qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media