"Qızıl top"un qalibi olan Usman Dembele klubu PSJ-dən maaşın qaldırılmağını tələb edib.
Bizim.Media xəbər verir ki, o hazırda illik 18 milyon avro məvacib qazanır. Tərəflər arasında danışıqlar başlayıb.
Bu barədə "L'Equipe" məlumat yayıb.
Dembele 2023-cü ilin yayında Paris klubuna transfer olub. Fransalı futbolçu ötən mövsüm 53 oyunda 35 qol vurmağı bacarıb.
Rəşad Rafiqoğlu, Bizim.Media