2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ-2026) iştirak edəcək 48 komandadan 28-i müəyyənləşib.
Bizim.Media xəbər verir son olaraq, Səudiyyə Ərəbistanı, Qətər, Fil Dişi Sahili, Seneqal və İngiltərə dünya birinciliyinə vəsiqəni rəsmiləşdirib.
İndiyə qədər aşağıdakı komandalar DÇ-2026-ya vəsiqə qazanıb:
Turnirin ev sahibləri: ABŞ, Kanada, Meksika;
AFC (Asiya): Avstraliya, İran, Yaponiya, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Özbəkistan;
ACF (Afrika): Əlcəzair, Misir, Cape Verde, Qana, Fil Dişi Sahili, Mərakeş, Seneqal, CAR, Tunis;
KONMEBOL (Cənubi Amerika): Argentina, Braziliya, Kolumbiya, Ekvador, Paraqvay, Uruqvay;
CFO (Okeaniya): Yeni Zelandiya;
UEFA (Avropa): İngiltərə.
Qeyd edək ki, DÇ-2026-da 48 milli komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.
Bizim.Media