Rəcəb Tayyib Ərdoğan Kocaelidə keçirilən Türkiyə–Gürcüstan qarşılaşmasını stadiondan izləyib. 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsi çərçivəsində baş tutan oyunda Türkiyə millisi Gürcüstanı 4:1 hesabı ilə məğlub edib.
Bizim.Media xəbər verir ki, Türkiyənin qollarını Kenan Yıldız, Merih Demiral (2) və Yunus Akgün vurublar, qonaq komandanın yeganə qolunun müəllifi isə Koçoraşvili olub.
Oyunu Prezident Rəcəb Tayyib Ərdoğan, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə birgə izləyib.
Matçdan sonra Ərdoğan Kocaeli stadionunda A milli futbol komandasının oyunçularını və texniki heyətini qələbə münasibətilə təbrik edib.
Bizim.Media