DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin E qrupunda Türkiyə millisi Gürcüstanla qarşılaşıb.
Bizim.Media xəbər verir ki, qardaş ölkənin komandası gürcüləri 4:1 hesabı ilə məğlub edib.
Oyunun 14-cü dəqiqəsində Kenan Yıldız, 22 və 52-ci dəqiqələrində Merih Demiral, 35-ci dəqiqədə isə Yunus Akgün fərqlənib.
Gürcüstan millisi isə oyunun 65-ci dəqiqəsində Kochorashvilinin qolu ilə kifayətlənib.
Bizim.Media