17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Bizim.Media xəbər verir ki, futbolçularımız Rumıniya seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın yeganə qolunu Əli Bəşirov vurub.
Qeyd edək ki, millimiz turnirdə keçirdiyi ilk oyunda Fransaya 0:8, daha sonra İsrailə 1:5 hesabı ilə uduzub.
Rəşad Rafiqoğlu, Bizim.Media