Azərbaycan millisinin hücumçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın “Kayzerslautern” klubunda ona qarşı olunan bəzi hərəkətlərin xoşagəlməz olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bunu hücumçu özü DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, hazırda çıxış etdiyi “Kayzerslautern”də heyətə düşə bilməməsindən danışıb:
“Almaniyaya döndüyümdə “Kayzerslautern” klubunun idman direktoru və prezidenti iclas keçirəcəklərinə söz veriblər. Heyətə düşə bilməməyimin səbəbini yəqin ki, orda öyrənəcəyəm. Klub daxilində bəzi proseslər baş verdi ki, bu mənim xoşuma gəlmədi.
Bəzi məlumatlar dolaşırdı ki, guya komanda daxilində mənim aram kimləsə pisləşib. Lakin bu, yalan söhbətdir. Həqiqətən heç bir səhvim olmayıb. Almaniyaya qayıtdıqdan sonra məsələnin səbəbini araşdıracağıq. Mənə qarşı olunan bəzi hərəkətlər Almaniyanın futbol mentalitetinə yaraşmır”.
Rəşad Rafiqoğlu, Bizim.Media