Futbol üzrə Azərbaycan II Liqasında V tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
"Dinamo" "Kür-Araz"ı, "Şirvan" isə "Araz-Saatlı"nı məğlub edib.
"Ağdaş"la heç-heçə edən "Ağstafa Gəncləri" mövsümdə ilk xalını qazanıb.
"Dinamo" - "Kür-Araz" 2:1
Qollar: V.Seyidov, 35, Ə.Səfərzadə, 51 - A.Quliyev, 3
"Şirvan" - "Araz-Saatlı" 4:0
Qollar: C.Nəcizadə, 65, N.İsayev, 66, E.Xəlilov, 79, E.Xəlilli, 87
"Ağdaş" - "Ağstafa Gəncləri" 0:0
Rəşad Rafiqoğlu, Bizim.Media