Azərbaycanlı cüdoçu Ömər Rəcəbli Perunun paytaxtı Limada keçirilən Qran-pridə medal qazanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, Peruda keçirilən cüdo üzrə Qran-pri turnirində Ömər Rəcəbli (-81 kq) üçüncü yer uğrunda görüşdə Ukrayna idmançısı Mixaylo Svidraka ipponla qalib gələrək bürünc medal qazanıb.
Xatırladaq ki, Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) bürünc medal qazanıblar.
Bizim.Media