“Zirə”nin hücumçusu karyerasını “Kəpəz”də davam etdirməyə yaxındır.
Bizim.Media xəbər verir ki, bu, “qartallar”ın əvəzedici komandasının 21 yaşlı futbolçusu Şahmar Aşurovdur.
Aşurovun keçidi hələ həllini tapmasa da, bunun yaxın günlərdə reallaşmaq ehtimalı yüksəkdir.
Xatırladaq ki, “sarı-göylər” Misli Premyer Liqasında keçirdikləri ilk 7 matçda xal qazana bilməyiblər. Komandanı hazırda Azər Bağırov çalışdırır. O, 6-cı turdan sonra istefaya göndərilən Adil Şükürovu əvəzləyib.
Bizim.Media