Türkiyə Superliqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Bizim.Media xəbər verir ki, "Kayserispor" Markus Gidsolla yollarını ayırıb. Bunu klubun prezidenti Nurettin Açıkalın Türkiyə mətbuatına açıqlayıb.
Almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Markus Gidsol mövsümün əvvəlində "Kayserispor"u çalışdırırdı. Komanda onun rəhbərliyi altında Superliqada 8 turdan sonra qələbə qazana bilməyib və 5 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Bizim.Media