İdman zallarında gizlənmiş RİSKLƏR

Sentyabrın 29-da Əməkdar artist Cabir İmanovun idman zalında ürək tutmasından dünyasını dəyişməsi kədərli fakt oldu. Ölüm faktının idman zalında baş verməsi suallar da doğurdu. Çünki bundan öncə də idman zallarında ürək tutmasından baş verən ölüm faktları olmuşdu. İstər-istəməz idman zamanı qəbul edilən dərmanların ölümə səbəb olması barədə ehtimallar gündəmə gəldi. Həqiqətən də, görəsən, idman zalları, istifadə edilən dərmanlar hansısa hallarda ölümə səbəb ola bilərmi?

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Müayinə zalın yox, şəxsin məsuliyyətidir"

Nutrisioloq, fəal idmanla məşğul olan Emil Allahverdiyev bildirib ki, ürək tutmaları sadəcə idman zallarında deyil, hər yerdə ola bilər: "Bu, sükan arxasında, hətta yemək yeyərkən də mümkündür. İdman zalında olması o demək deyil ki, məhz idmanla bağlıdır. İnsan içki içirdimi, yağlı yeməklər yeyirdimi, nəslində infarktdan dünyasını dəyişənlər varmı, əsas bunlara diqqət etmək lazımdır".

Nutrisioloqun fikrincə, idmana başlamazdan əvvəl sağlamlıq müayinəsindən keçmək lazımdır: "Yaşın 40-ın üzərindədirsə, heç vaxt idmanla məşğul olmamısansa, idmana gedirsənsə, müayinə mütləqdir. Xroniki xəstəliklər varsa, həkimlə məsləhətləşmək lazımdır. Amma bunları zaldan tələb etmək doğru deyil. Bu, insanın şəxsi məsuliyyətidir".

"Qadağandır, amma insanlara satılır"

E.Allahverdiyev idman zallarında təqdim edilən proteinlərin və qida əlavələrinin ürək problemlərinə heç bir təsiri olmadığı qənaətindədir: "Bəzi idmançılar steroidlər istifadə edirlər. Onlar protein və ya qida əlavəsi deyil. Onlar insan ömrünü qısaldır. Bir çox steroidlər qadağandır. Lakin bəzən gizli şəkildə alına bilir. Azərbaycanda bəzi preparatlar qadağandır. Amma zallarda bu dərmanlar təklif edilir. Məşqçilər idmanla məşğul olanlara sürətli nəticə almaq üçün preparat təklif edirlər. Məşqçilər bu dərmanların fəsadlarından da danışmalıdırlar. Deməlidirlər ki, nəticəyə tez çatsan da, ürəyində problemlər yaranacaq, təzyiqin qalxacaq, ömrün bir neçə il qısalacaq. Heyif ki, bir çox məşqçilər bunu etmir".

E.Allahverdiyevin fikrincə, idman zallarında çalışan məşqçilər tibbi yardım kursları keçməlidirlər.

"Bu xəstələr bir dəqiqə ərzində həyatlarını itirə bilərlər"

Almaniyada fəaliyyət göstərən həkim-kardioloq Firudin Qurbanov da bildirib ki, idman zallarında qəfil ürəktutmalarının bir çox səbəbi var: "Əsas risk qrupu yaşı 40-dan yuxarı olan insanlardır. Siqaret çəkənlər, artıq çəkisi olanlar, ailəsində ürək-damar xəstəliyi olanlar, şəkərli diabetdən və ya təzyiqdən əziyyət çəkənlər xüsusilə risk altındadırlar. Belə şəxslərin tac damarlarında problem ola bilər, amma gündəlik həyatda bunu hiss etməzlər. İdman zalında fiziki yüklənmə nəticəsində infarkt və ya qəfil ürək tutması baş verə bilər. Gizli ürək-damar xəstəliyi olan insanlar var. Bu, bəzən irsidir".

Həkim-kardioloq bildiribki, hipertrofik obstruktiv kardiomiopatiya zamanı ürək əzələsi qalınlaşır. Bu, gündəlik həyatda simptomsuz ola bilər, amma fiziki yüklənmə zamanı bədxassəli ritm pozğunluqları yarana və qəfil ölümlə nəticələnə bilər: "Bunu biz tez-tez gənc idmançılarda görürük - məşq və ya oyun zamanı qəflətən yıxılırlar və həyatlarını itirirlər".

Təcrübəsizliyin səbəb olduğu fəsadlar

F.Qurbanov yaşın yaratdığı risklərdən də bəhs edib: "Elə insanlar var ki, 40 yaşına kimi heç vaxt idman etməyib. Amma birdən sağlam həyata keçid etmək istəyir, idmana başlayır. Maksimal yüklənmə edir. Bu, çox risklidir. Təcrübəsiz şəxslər isinmə hərəkətləri etmədən ağır çəkilərlə məşqə başlayırlar. Halbuki ürəyin maksimal yüklənmə həddi var: 220-dən insanın yaşını çıxırıq. Məsələn, 50 yaşında insan üçün maksimal nəbz 170-dən yuxarı olmamalıdır. İsinmə hərəkətləri və yüklənmənin mərhələli artırılması mütləqdir".

Kardioloqun fikrincə, stres və stimulyatorlar da təsir edə bilir: "Daim kofein və enerji içkilərindən istifadə ürək damarlarında spazm yaradır, ritm pozğunluqlarına səbəb ola bilir. Bu da qəfil ürək tutmalarını artıran amillərdəndir".

"40 yaşı keçmiş şəxslər üçün müayinə mütləqdir"

Müsahibimiz bildirib ki, idmana başlamazdan əvvəl tibbi müayinələrdən keçmək mütləqdir:

"Xüsusən 30-40 yaşdan sonra müayinələr vacibdir. EKQ ilə ürəyin ritminə baxmaq, gizli infarkt olub-olmadığını qiymətləndirmək lazımdır. Qan təzyiqi ölçülməlidir, çünki gizli hipertoniyaya çox rast gəlinir. Yüksək təzyiq idman zamanı aorta və ya beyin damarının yırtılmasına səbəb ola bilər. Qan analizləri ilə xolesterin, şəkər və lipidlər yoxlanmalıdır. Stres-test - qaçış və ya velosiped üzərində - ürəyin fiziki yüklənməyə reaksiyasını göstərir. Bu müayinələr əsasında həkim hansı idmanın və hansı intensivliyin uyğun olduğunu təyin edir".

Həkim idman zalında təklif edilən dərmanların orqanizmə təsirindən də danışdı: "Steroidlər bədənin həcminə uyğun olmayan dozada qəbul ediləndə çox zərərlidir. Tərkibində kofein, taurin olan stimulyatorlar dozanı aşdıqda ürək döyüntülərini sürətləndirir, qəfil ölümlərə gətirib çıxara bilir. Yağ yandırıcılar da təzyiqi qaldırır, ürək ritmini pozur. Protein tozları sağlam ürəyi və böyrəyi olan şəxslər üçün təhlükəsizdir, amma həddindən artıq qəbul böyrəklərə ziyan verir".

"Nəfəs almırsa, ürək masajı edilməlidir"

F.Qurbanovun sözlərinə görə, idman zallarında ilkin tibbi yardımı bilən məşqçilər olmalıdır: "İlk növbədə təcili yardıma zəng edilməlidir. Sonra nəfəsin olub-olmadığı yoxlanmalıdır. Əgər şəxs nəfəs almırsa və huşsuzdursa, dərhal ürək masajına başlanmalıdır. Dəqiqədə 100-120 dəfə sinə kompressiyası aparılmalıdır. 30 kompressiyadan sonra iki dəfə süni nəfəs verilir. İdman zallarında mütləq defibrilyator olmalıdır. Təlim keçmiş işçilər bu cihazdan istifadə edərək təcili yardım gələnədək xəstənin həyatını xilas edə bilərlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran əsilli amerikalı ABŞ-da yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

İran əsilli amerikalı ABŞ-da yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Rusiya ordusunda döyüşən azərbaycanlı itkin düşdü – FOTO

Rusiya ordusunda döyüşən azərbaycanlı itkin düşdü – FOTO

ABŞ-dən gözlənilməz PEYVƏND QƏRARI – Azərbaycanda da tətbiq olunacaq?

ABŞ-dən gözlənilməz PEYVƏND QƏRARI – Azərbaycanda da tətbiq olunacaq?

Qazaxda avtomobil hasara çırpıldı: Ölən və xəsarət alan var

Qazaxda avtomobil hasara çırpıldı: Ölən və xəsarət alan var

Bu gün Premyer Liqada "Karvan-Yevlax" - "Neftçi" və "Zirə" - "İmişli" oyunları keçiriləcək

Bu gün Premyer Liqada "Karvan-Yevlax" - "Neftçi" və "Zirə" - "İmişli" oyunları keçiriləcək

O sənədlərdə Maykl Ceksonun da şəkli üzə çıxdı – FOTO

O sənədlərdə Maykl Ceksonun da şəkli üzə çıxdı – FOTO

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILDI

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILDI

“Sevgi fəvvarəsi” pullu OLACAQ

“Sevgi fəvvarəsi” pullu OLACAQ

Şəki sakini Bakıda faciəli şəkildə vəfat etdi – FOTO

Şəki sakini Bakıda faciəli şəkildə vəfat etdi – FOTO

“Media Savadlılığı” Həftəsi - Dezinformasiyaya qarşı cəmiyyətin müdafiə mexanizmi

“Media Savadlılığı” Həftəsi - Dezinformasiyaya qarşı cəmiyyətin müdafiə mexanizmi

GÜNÜN HAVASI: 10 dərəcə şaxta, duman...

GÜNÜN HAVASI: 10 dərəcə şaxta, duman...

BİZİM TƏQVİM:20 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:20 dekabrda baş vermiş tarixi hadisələr

"Təcrübəli məşqçiyəm, belə şeylərə fikir vermirəm" - Kurban Berdıyev

"Təcrübəli məşqçiyəm, belə şeylərə fikir vermirəm" - Kurban Berdıyev

"Röya mənim balaca bacımdır"

"Röya mənim balaca bacımdır"

SOCAR-ın 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verildi

SOCAR-ın 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verildi

4 penalti dəf edən qapıçının qolu SINDI

4 penalti dəf edən qapıçının qolu SINDI

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

Superliqada 17-ci tur START GÖTÜRDÜ

Superliqada 17-ci tur START GÖTÜRDÜ

Bu günün tibbi-meteoroloji PROQNOZU

Bu günün tibbi-meteoroloji PROQNOZU

Muzeydən Napoleonun üzüyü oğurlandı - FOTO

Muzeydən Napoleonun üzüyü oğurlandı - FOTO

Beyləqanda quyuya düşən 2 yaşlı uşağın atası hadisədən DANIŞDI - VİDEO

Beyləqanda quyuya düşən 2 yaşlı uşağın atası hadisədən DANIŞDI - VİDEO

Şəbnəm özünə təmtəraqlı ad günü ETDİ - VİDEO

Şəbnəm özünə təmtəraqlı ad günü ETDİ - VİDEO

İmtiyazlı “qrin-kart” - Tramp “qızıl kart”ı təqdim etdi - VİDEO

İmtiyazlı “qrin-kart” - Tramp “qızıl kart”ı təqdim etdi - VİDEO

End of content

No more pages to load

RADİO