"Kamandan oxatma yarışlarında rəqabət çox güclü idi. İdmançılar sona qədər mübarizə apardı. Heç kim uduzmaq istəmirdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə Xankəndidə keçirilən kamandan oxatma üzrə fərdi yarışlarda qızıl medal qazanan Qazaxıstan idmançısı Anastassiya Solodovnikova deyib.
“Yarışda qızıl medal qazana bildim. Bundan sonrakı hədəfim olimpiya oyunlarında qalib olmaqdır. Yarışlar çox gözəl təşkil olunmuşdu. Xankəndi şəhəri də xoşuma gəldi. Hər şey yaxşı idi”, deyə o, əlavə edib. (Apa.az)
Bizim.Media