“Tottenhem” futbolçusu Rodriqo Bentankur ilə müqaviləni uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Argentinalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Bentankur bu mövsüm 9 oyuna çıxıb. O, “Tottenhem”lə ümumilikdə 122 oyunda 9 qol vurub, 8 məhsuldar ötürmə edib. O, 2022-ci ildən London klubunda çıxış edir.
Bizim.Media