İngiltərənin "Fulhem" klubunda yeni müqavilə imzalanıb.
Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi hücumçusu Rodriqo Munizin sözləşməsinin müddətini 2030-cu ilin yayına qədər uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yeni anlaşmaya əsasən, 24 yaşlı braziliyalı forvardın maaşı da artırılıb.
Qeyd edək ki, Muniz 2021-ci ildən "Fulhem"də çıxış edir. O, bu mövsüm 7 rəsmi matçda çıxış edərək 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizim.Media