Türkiyənin “Kasımpaşa” klubu dələduzluq və çirkli pulların yuyulması ilə bağlı aparılan istintaq çərçivəsində sahibi Turqay Siner barəsində həbs qərarı çıxarıldıqdan sonra dövlətə təhvil verilib.
Bizim.Media xəbər verir ki, araşdırma "Can Holdinq"in 2024-cü ilin dekabrında bir neçə yayım şirkətini alması ilə bağlı başlayıb.
Prokurorlar sövdələşməyə dair çirkli pulların yuyulması ilə bağlı “ciddi şübhələr” olduğunu bildiriblər.
Siner hazırda Türkiyədən xaricdə yaşayır. O, mədənçilik, enerji və şüşə sənayesi ilə məşğul olan tanınmış iş adamıdır. Biznesmen hələlik məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməyib.
“Kasımpaşa” bu mövsüm keçirdiyi 7 oyundan 8 xal toplayıb və Türkiyə Superliqasının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media