UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, təmsilçimiz Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu oktyabrın 22-də səfərdə "Atletik Bilbao" klubuna qarşı keçirəcək.
Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk görüşündə "Benfika"nı səfərdə 2:3 hesabı ilə məğlub edib.
1 oktyabr
UEFA Çempionlar Liqası
II tur
Saat 20:45, "Qarabağ" - "Kopenhagen".
Bizim.Media