“Şamaxı”nın və Azərbaycanın U-21 yığmasının üzvü Edqar Adilxanov bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçi “Sana Klinik München”də professor, doktor Filipp Niemeyer tərəfindən ikitərəfli qasıq yırtığı səbəbindən uğurlu əməliyyat keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media