“Qarabağ” üçün UĞUR FORMULU – Bunu edə bilsələr, qələbə qazanacaqlar

Oktyabrın 1-də Azərbaycan futbolunun flaqmanı, Ağdamın “Qarabağ” komandası Çempionlar Liqasının II turu çərçivəsində Danimarkanın “Kopenhagen” komandası ilə oyuna çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kopenhagen” matçı yerli vaxtla saat 20:45-də başlanacaq.

Əvvəla onu qeyd edək ki, görüş kifayət qədər gərgin keçəcək. İlk turda “doğma divarlar” arasında cəmi 1 xalla kifayətlənən “Kopenhagen” komandası Bakıya ən azı 1 xal dalınca gəlib. Qələbə isə onlar üçün ideal göstərici ola bilər.

Bəs “Qarabağ”ın düşərgəsində vəziyyət necədir?

Ağdamlılar da bu görüşə ciddi hazırlaşır. Qurban Qurbanovun yetirmələri on minlərlə azarkeş önündə baxımlı futbol göstərib, yüksək nəticə əldə etmək istəyir. Təsadüfi deyil ki, qarşıya qoyulan hədəfə çatmaq üçün komandamızın imkanları rəqibdən daha yüksək qiymətləndirilir. Çünki rəqibdən fərqli olaraq “Qarabağ” ilk turda səfərdə adlı-sanlı “Benfika” komandasını 3:2 hesabı ilə məğlub edib. Bu səbəbdən komandanın düşərgəsində yüksək əhval-ruhiyyə var.

Üstəlik, “doğma divarlar” faktoru da futbolçularımıza əlavə stimul verir. Təəssüf doğuran məqam yalnız hücumçu Nəriman Axundzadənin və yarımmüdafiəçi Marko Yankoviçin zədə səbəbindən bu görüşə çıxa bilməməsidir.

Qeyd edək ki, Yankoviç “Benfika” ilə oyunda yüksək performans göstərərək bir daha diqqəti öz üzərinə çəkə bilmişdi. Ona görə də onun yoxluğu təəssüf doğurur. Amma nəzərə alaq ki, komandamızın orta sahədə oynayan güclü oyunçuları var. Ona görə də Nərimanla Markonun yoxluğu heç də böyük problem deyil.

“Qarabağ” üçün çətin olacaq...

Bütün hallarda bu oyun komandamız üçün çətin olacaq. Bunun da bir neçə səbəbi var.

Əsas səbəb odur ki, “Qarabağ” evdəkinə nisbətən səfərdə daha rahat oynayır, basqı hiss etmir, rahat çəkildə mübarizə aparır. Lakin öz meydançasında komandamız gərginlik altında oynayır. Bu gərginliksə məsuliyyətdən irəli gəlir. Futbolçularımız “doğma divarlar” arasında bir qayda olaraq gözəl oyun göstərmək və yaxşı nəticə əldə eləmək istəyir. Məhz bu səbəblərdən hər bir oyunçuda xüsusi bir həyəcan olur. Bu həyəcansa bəzi hallarda oyunçuların səhvlərə yol verməsinə səbəb olur.
 

Xatırladaq ki, Macarıstanın “Ferentsvaroş” komandası ilə sentyabrın 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə biz bu həyəcanı açıq şəkildə gördük. Səfərdə 3:1 hesabı ilə qələbə qazanan komandamız, doğma azarkeşlər önündə 2:3 hesabı ilə uduzdu. Bu məğlubiyyətinsə tək səbəbi oyunçularda olan həyəcan idi.


Ona görə də oyunda “Qarabağ” futbolçuları qələbə üçün ilk növbədə həyəcandan xilas olmalıdırlar. Belə olacağı təqdirdə futbolçularımız öz oyunlarını sərbəst şəkildə ortaya qoya biləcəklər.

Digər səbəbsə azarkeşlərin basqısıdır.

Dünənə qədər “Qarabağ”ın Çempionlar Liqasının bu mərhələsində heç bir uğur qazana bilməyəcəyini və ağır hesablı məğlubiyyətlər alacağını deyən bəzi azarkeşlər “Benfika” ilə oyundan sonra fikirlərini 180 dərəcə dəyişiblər. Onların bir çoxu “Qarabağ”ın nəinki “Kopenhagen”i, hətta “Çelsi”ni belə udacağını söyləyirlər. Bu cür fikirlər təbii ki, futbolçularımız üzərində əlavə basqı yaradır, onların sərbəst şəkildə oynayıb, futboldan ləzzət almalarına əngəl törədir.

Qurban Qurbanovun üzərinə yük daha çox düşür.

Dediyimiz həyəcan və basqını futbolçularımızın üzərindən atmaq işi isə baş məşqçi Qurban Qurbanovun üzərinə düşür. Məşqçimiz bu dəfə futbolçularımıza güclü psixoloji dəstək göstərməlidir. İlk oyunda olduğu kimi yetirmələrini inandırmalıdır ki, “çıxın, oynayın və futboldan ləzzət alın”. Yalnız belə olacağı təqdirdə futbolçularımız daha rahat oynayacaq və səhvlərə yol verməyəcəklər.

Nəzərə alaq ki, oyuna güclü azarkeş marağı var. Son məlumata görə stadiondakı bütün yerlər üçün biletlər satılıb.

Bu arada "Qarabağ" Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunundan əvvəl azarkeşlərə müraciət edib.

Klub azarkeşləri stadiona erkən gəlməyə çağırıb:

"Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qapılar qarşılaşmaya 2 saat qalmış açılacaq".

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

End of content

No more pages to load

RADİO