Azərbaycanın 15 yaşadək qadınlardan ibarət voleybol millisi 3-cü MDB Oyunlarına qələbə ilə başlayıb.
Bizim.Media xəbər verir ki, A qrupunun oyunu çərçivəsində Gəncə İdman Sarayında Tacikistanla qarşılaşan yığma 3:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, günün ilk görüşündə Belarus seçməsi Qırğızıstana eyni hesabla qalib gəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media