Avropanın aparıcı klublarının skautları – “Arsenal”, “Tottenhem”, “Nyukasl”, “Milan”, “Leyptsiq” və Dortmund “Borussiya”sı La Liqa oyunlarını izləyərək Madrid “Real”ının yarımmüdafiəçisi Arda Gülərin oyununu qiymətləndiriblər.
Bizim.Media xəbər verir ki, “kral klubu” 20 yaşlı futbolçunu satmaq niyyətində deyil.
“Real” rəhbərliyi Gülərin inkişafından razıdır və onu uzunmüddətli layihə kimi görür.
Klub hesab edir ki, gələcəkdə o, komandanın əsas fiqurlarından birinə çevrilə bilər. Buna görə də oyunçuya transfer qiyməti müəyyən olunmayıb.
Bizim.Media