Misli Premyer Liqasında VI tur davam edir.
Bizim.Media xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq keçirilib.
“Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Hazırda “Şamaxı” 6 xalla 8-ci pillədə qərarlaşıb.
Naxçıvan təmsilçisi isə 11 xalla ikincidir.
15:30. "Şamaxı" - "Araz-Naxçıvan" - 1:1
Qollar: Rüfət Abbasov, 28 (1:0); Şarl Boli, 73 (1:1)
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu
Bizim.Media