“Barselona” braziliyalı hücumçusu Rafinyanın durumu ilə bağlı məlumat yayıb.
Bizim.Media xəbər verir ki, futbolçu sağ budun arxa hissəsində – dizaltı vətərin orta nahiyəsindən zədə alıb.
Rafinya təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu səbəbdən o, oktyabrın 1-də Çempionlar Liqasının 2-ci turunda PSJ ilə oyunu buraxacaq.
Qeyd edək ki, Rafinya La Liqanın 6-cı turunda “Oviedo” ilə görüşdə (3:1) zədələnərək 66-cı dəqiqədə əvəz olunmuşdu. Sonradan onun komanda ilə məşq etmədiyi və fərdi olaraq idman zalında çalışdığı açıqlanmışdı.
Bizim.Media