UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində oktyabrın 1-i 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyununa maraq böyükdür.
Bizim.Media xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda matç üçün 27 500 bilet satılıb. Bilet satışı davam edir.
Qeyd edək ki, stadionun qapıları azarkeşlər üçün oyunun start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Bizim.Media