“Liverpul” gənc futbolçusu Rio Nqumoa ilə ilk peşəkar müqaviləsini rəsmiləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müqavilənin müddəti açıqlanmayıb.
17 yaşlı ingiltərəli futbolçu 2024-cü ilin sentyabrında “Çelsi”dən “Liverpul” akademiyasına keçib. O, əsas komandanın heyətində 5 matça çıxıb. Avqustun 25-də, 16 yaşında Premyer Liqada debüt edən Nqumoa “Nyukasl”la oyunda (3:2) 90+10-cu dəqiqədə qələbə qolunu vurub.
Qeyd edək ki, hazırkı mövsümdə o, “Liverpul”un müxtəlif yaş qruplarından ibarət gənclər komandalarında da çıxış edib.
Bizim.Media