Azərbaycanın daha bir klubu adını minifutbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinə yazddırmağı bacarıb.
Bizim.Media xəbər verir ki, "Zirə"nin ardından bunu "Birbaşa Bakı" bacarıb. Komanda 1/8 finalda Yunanıstanın "Flaminqos"u ilə qarşılaşıb.
Paytaxt klubu rəqibinə 3:1 hesabı ilə qalib gələrək mərhələ adlayıb.
Digər təmsilçimiz "Aznur" isə Çexiya "Brno"suna məğlub olaraq (2:2, penalti seriyasında 2:3) mübarizəni dayandırıb.
Bizim.Media