“Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ – “Qara bazar”ın fırıldaqçıları KİMDİR?

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada “Benfika” üzərində tarixi qələbə (3:2) qazanıb. Liqa mərhələsində klubun növbəti oyunu oktyabrın 1-i Danimarkanın “Kopenhagen” klubuna qarşı Bakıda keçiriləcək.

Ağdam təmsilçilərinin oyununa maraq böyükdür, əksər qarşılaşmalarında biletlərin hamısı satılır. Lakin dəfələrlə olub ki, bilet satışı elan olunan kimi satışı həyata keçirən “İticket.az” saytı çökür və bundan sonra bilet tapmaq mümkün olmur, yəni bütün biletlər bitir. Bu, dəfələrlə baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ” oyunu öncəsi bilet QALMAQALI - Minlərlə azarkeşi biletsiz qoyan dələduzlar İŞ BAŞINDA - FOTOFAKT


Oyuna az qalmış isə stadionun qarşısında “qara bazar” işə düşür. Sentyabrın 27-də “Qarabağ” – “Ferentsvaroş” oyununa öz qiymətindən baha bilet satanlarla yanaşı, saxta bilet, saxta QR kod hazırlayaraq satanlara da rast gəlinib.

Növbəti oyunda bunların yaşanmaması üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib ki, “qara bazar” ümumdünya problemidir:

“Bütün böyük turnirlərdə, oyunlarda bu problem yaşanır. Böyük azarkeş marağının olduğu oyunlarda saxta yolla pul qazanmaq istəyənlər fəaliyyətə keçir. Dünya çempionatının, Çempionlar Liqasının final oyunları zamanı mətbuat bu haqda yazır.

Madriddə keçirilən ÇL-in final oyunu zamanı əlində bileti olan azarkeşlər çöldə qalmışdı, tribunalar isə dolu idi. Ona görə ki, saxta biletlə arenaya daxil olanlar çox idi.

İndi “Qarabağ” uğur qazandıqca, ölkədə komandanın oyununa böyük maraq yarandıqca, Azərbaycanda da belə saxtakarların bazarı böyüyür.

Təbii ki, onlar belə fürsətdən yararlanmağa çalışacaqlar. Bu yöndə klub rəhbərliyi, bilet satışı ilə məşğul olan təşkilat və hüquq-mühafizə orqanları birgə fəaliyyət göstərməlidirlər”.

Onun sözlərinə görə, azarkeşlərin də məsuliyyətli olması vacibdir:

“Texnologiya yüksək sürətlə inkişaf edir. Saxtakarlar da bu texnoloji yeniliklərdən yararlanırlar. Ona görə də, azarkeşləri aldatmaq daha asan olur. Bu işdə azarkeşlərin də məsuliyyətli olması vacibdir. Bileti “qara bazar”dan yox, qanuni satış məntəqələrindən əldə etmək lazımdır. Əks halda, fırıldaqla üzləşməyəcəklərinə zəmanət yoxdur.

Hətta indi saxta biletləri stadionun qarşısında yox, sosial media üzərindən satırlar. Bu da onlara qarşı mübarizəni çətinləşdirir. Polis sosial mediaya tam nəzarət etmək iqtidarında deyil. Ona görə də, azarkeşlərin daha məsuliyyətli olması tələb olunur. Heç kim zəmanət verə bilməz ki, sosial şəbəkə vasitəsi ilə əldə edilən bilet saxta deyil. İnsanlar bu məsuliyyət hissini bir kənara qoyaraq, sosial şəbəkə üzərindən bilet alırlar, sonra da “aldadıldım” deyib şikayət edirlər. Aldanılmamaq üçün “tələdəki pendir”ə yaxınlaşmamaq lazımdır”.

O, problemin köklü şəkildə həllinə güman etmədiyini bildirib:

“Avropada buna qarşı mübarizədə böyük vəsait xərclənir. FİFA, UEFA da maliyyə dəstəyi verir. Amma “qara bazar”dan qurtulmaq olmur.

“Qarabağ”ın uğurları artdıqca, bizdə də saxtakarlar öz bazarlarını genişləndirməyə çalışacaqlar. Təbii ki, polis də işini görür, kimlərisə həbs də edirlər. Amma onlar da çoxalırlar. Heç millinin oyunları zamanı “qara bazar” olur? Yox. Deməli, kütləvi maraq olanda onlar fəaliyyətə keçirlər. İndi bu problemi həll etmək üçün “Qarabağ”ın uğursuzluğa düçar olmasını, oyunlarına marağın azalmasını arzulaya bilmərik.


Sadəcə, azarkeşlər maarifləndirilməli, bilet alarkən ehtiyatlı olmalı, hüquq-mühafizə orqanları da saxtakarlara qarşı mübarizəni gücləndirməlidir. Hətta belə durumda da “qara bazar”ın kökü kəsilməyəcək, amma miqyası azalacaq ki, bu da zərərçəkənlərin sayını azaldacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyandan XƏBƏRDARLIQ: “Müxalif qüvvələr hakimiyyətə gəlsə, az sonra müharibə başlayacaq”

Paşinyandan XƏBƏRDARLIQ: “Müxalif qüvvələr hakimiyyətə gəlsə, az sonra müharibə başlayacaq”

Türkiyə Hörmüzə alternativ marşrut tapdı – Nazirdən AÇIQLAMA

Türkiyə Hörmüzə alternativ marşrut tapdı – Nazirdən AÇIQLAMA

ABŞ kəşfiyyatı Azərbaycanla bağlı məlumat yaydı

ABŞ kəşfiyyatı Azərbaycanla bağlı məlumat yaydı

“Paşinyan arvadına xəyanət edirmi?” başlıqlı yazı MƏHKƏMƏLİK OLDU

“Paşinyan arvadına xəyanət edirmi?” başlıqlı yazı MƏHKƏMƏLİK OLDU

“Omid” mağazasında NÖQSANLAR: Fəaliyyəti məhdudlaşdırıldı – FOTO/VİDEO

“Omid” mağazasında NÖQSANLAR: Fəaliyyəti məhdudlaşdırıldı – FOTO/VİDEO

Vüqar Qurbanovun səhvi nə idi?

Vüqar Qurbanovun səhvi nə idi?

Qəzzada HƏMAS-ın kəşfiyyat rəhbəri öldürüldü

Qəzzada HƏMAS-ın kəşfiyyat rəhbəri öldürüldü

Tələbə yataqxanaları ilə bağlı yenilik olacaq - RƏSMİ AÇIQLAMA

Tələbə yataqxanaları ilə bağlı yenilik olacaq - RƏSMİ AÇIQLAMA

İsrail İranın Mi-17 helikopterini məhv etdi - VİDEO

İsrail İranın Mi-17 helikopterini məhv etdi - VİDEO

Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

Lukaşenko: “Mən Trampın tərəfdarıyam” – VİDEO

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

Mananadan Gürcüstanın vəfat edən Patriarxı ilə bağlı PAYLAŞIM - FOTO

"Bu gün susanlar sabah öz övladlarını qoruya bilməyəcəklər" — Arif Əliyev

"Bu gün susanlar sabah öz övladlarını qoruya bilməyəcəklər" — Arif Əliyev

Nərdivandan yıxıldı, həyatını itirdi

Nərdivandan yıxıldı, həyatını itirdi

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Trampdan SENSASİON XƏBƏRDARLIQ – ABŞ NATO-dan çıxır?

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Verilişlərinin yerinə bunlar yayımlandı - Fotolar

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

Xocavənd şəhəri 177 nəfərə qucaq açdı - FOTO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

35 il sonra Laçındakı evlərini tapıb göz yaşı tökdü – VİDEO

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

Xocalının Xanabad kəndinə köçən ailələrə evlərinin açarları təqdim edildi – FOTO

"Maska" şousu bu tarixdə BAŞLAYIR

"Maska" şousu bu tarixdə BAŞLAYIR

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

Azərbaycan vətəndaşı Latviyada 11 il azadlıqdan məhrum edildi

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

"Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir BƏLLİ OLDU

End of content

No more pages to load

RADİO