“Benfika” baş məşqçi Bruno Lage ilə yolları ayırıb.
Bizim.Media xəbər verir ki, bunu Portuqaliya klubunun prezidenti Ruy Koşta UEFA Çempionlar Liqasında “Qarabağ”a məğlubiyyətdən sonra bildirib.
Portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda ötən gecə "Benfika"nı səfərdə 3:2 hesabı ilə məğlub edib. (qol.az)
Bizim.Media