“Murov Az Terminal” qadın voleybol komandası baş məşqçi Eldar Əliyevlə müqavilənin müddətini uzadıb.
Bizim.Media paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis 2025/2026 mövsümündə komanda ilə işləməyə davam edəcək.
Əliyev “Murov Az Terminal”ın sükanı arxasında qalacaq və komanda ilə birlikdə yeni uğurlara can atacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media