“Atletiko” Çempionlar Liqasının 1-ci turunda "Liverpul"la oyuna itkilərlə çıxacaq.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Madrid təmsilçisinin hücumçusu Julian Alvares və yarımmüdafiəçi Conni Kardoso komandalarına kömək edə bilməyəcəklər.
Hər iki futbolçu İspaniya çempionatının matçlaınrda zədə alıblar. Bu səbəbdən də onlar qarşıdakı matçın iştirak ərizəsindən kənarlaşdırılıblar.
Cari mövsüm Alvares 4 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Kardoso isə 3 oyuna çıxıb.
Xatırladaq ki, “Liverpul” - “Atletiko” matçı sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Bizim.Media