“Neftçi” İdrissa Dumbiya ilə danışıqları yekunlaşdırıb.
Bizim.Media xəbər verir ki, Fil Dişi Sahili millisinin futbolçusu Bakı klubunun təklifini qəbul edib.
Tərəflər artıq bütün şərtlərdə ortaq məxrəcə gəliblər. Dumbiya “Neftçi”yə azad agent kimi keçəcək. Çünki futbolçu iyulda Qətərin “Əl-Əhli” klubundan ayrılıb. Qeyd edək ki, İdrissa Dumbiya “Anderlext”, “Sportinq”, “Ueska”, “Alanyaspor” kimi tanınmış klublarda çıxış edib. O, 2023-cü ildən bəri Fil Dişi Sahili millisinin heyətində 4 matçda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media