“Neftçi” ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozan Ramil Şeydayevin yeni kluba keçidi yubanır.
Bizim.Media xəbər verir ki, millimizin hücumçusunun “Qarabağ”la anlaşdığı deyilsə də, hələ ortada rəsmi açıqlama yoxdur.
Bu səbəbdən hücumçu başqa klubla danışıqlara başlayıb.
Belə ki, “Qarabağ”ın keçmiş oyunçularını düşərgəsinə yığan “Araz-Naxçıvan” Şeydayevlə də müzakirələr aparır.
29 yaşlı oyunçu ilə maliyyə məsələsində razılıq əldə olunsa, onu Naxçıvan təmsilçisinin sıralarında görə bilərik.
Rəşad Rafiqoğlu, Bizim.Media