Azərbaycan millisinin futbolçusu Emil Mustafayev karyerasını ölkəmizdə davam etdirəcək.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Polissya”dan ayrılıb.
Orta sahə oyunçusunun növbəti klubu “Sumqayıt” olacaq. Belə ki, onun “gənclik şəhəri” təmsilçisi ilə danışıqlarının yekunlaşdığı bildirilib. “Sumqayıt” yığmamızın üzvünü 1 illik icarəyə götürüb.
Qeyd edək ki, “Polissya” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər olan Emil Mustafayev ilin ilk yarısını icarə əsasında “Çernomorets”də keçirib.
Bizim.Media