"Çoxdandır ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov

Azərbaycan millisinin məşqçisi Ayxan Abbasov DÇ-2026-nın D qrupunun 2-ci turunda Ukrayna ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

Bizim.Media xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

- Belə oyundan sonra danışmaq çətindir. Amma futbolçularıma təşəkkür etmək istəyirəm. Çünki bir gün vaxtımız var idi. Ancaq psixoloji durum, xarakter cəhətdən mübarizə aparmalı olduğumuzu dedim. Hesab necə olsaydı da, onlara təşəkkür edəcəkdim. Çoxdandır ki, millidə bu ruh görünmürdü. Bəlkə də futbolçular da təzyiq altında idi. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Çətin anda bizə dəstək oldular. Bəlkə, kömək edən elə o dəstək oldu. Elvin Cəfərquliyev yorulmuşdu, dəyişiklik istəmişdi. Amma Xaybulayev zədələndi deyə, Elvini meydanda saxladıq.

Ona olan dəstək, gümrah olduğu vaxtda etmədiyi qacışları etdi. Sizin də əməyiniz var. Hamımız mübarizə aparırıq. Bəlkə, bu istək, qazanılan xallar futbolumuza ruh gətirəcək. Rəqib güclü idi.

Onlar Fransa səfərindən gəlmişdi. Bunu başa düşürdük. Biz də ağır səfərdən gəlmişdik. Böyükhesablı məğlubiyyətdən sonra psixoloji durum var idi. Bəzi dəyişikliklər etdik. Rüstəm və Xaybulayevin gəlişi ruh verdi. Emini təbrik edirəm, istədiyi qolu vurdu. Seviniriksə, gülüş varsa, deməli edə bilərik. Arzu edirəm ki, futbolumuz inkişaf edər.

- Santuşun uzun müddət bərbad günə qoyduğu millidə bir gündə nəyi dəyişdiniz?

- Bir gündə çox şeyi dəyişə bilmərik. Vaxtımız da yox idi məşq etməyə. Hadisələr baş verəndə komanda məşq etmişdi. Səhər taktiki məşq etdik. Bir gündə maksimum nəyisə vermək istəyirdiksə, verdik. Rəqibi də təhlil etmək lazım idi. Hamımız birlikdə istədik.

- U-21 yığmamız da heç-heçə oynadı. Bir gözünüz yəqin ki, orda idi? Bir əldə iki qarpız tutmaq mümkün oldu...

- U-21 yığmamıza görə sevinirəm. Portuqaliyada hesab böyük oldu. Danışsaq ki, yaxşı oynadıq, düz olmaz. Amma inanın ki, futbolçular orada gözəl mübarizə apardılar. U-21 yığmamızın inkişafı göz önündədir. Dörd aydır birlikdəyik. Bolqarıstanla görüşün 65-ci dəqiqəyə qədər izləyirdim oyunu. Şahin və Xəyalın U-21 yığmasına gedib kömək etməsi, onların beynəlxalq oyunlarının sayı, təcrübəsi artır. Desəm ki, 2 gündür yatmamışam...Burada Azərbaycan adı varsa, hər bir şeyə dözməliyik.

- Fransa ilə matç gəlir. Nələri dəyişmək istəyirsiniz?

- İndi U-21 yığmasının baş məşqçisiyəm. Bizi gələn ay iki çətin səfər oyunu gözləyir. Fransa haqda danışmağım düz olmazdı. Qərarlar nə olacaq bilmirəm. Mübarizə aparmaq lazımdır. Bilirik ki, Fransa TOP komandadır. Ukrayna da onlarla yaxşı mübarizə apardı. Görünür ki, oynamaq olar. Öz gücümüzü tapmalıyıq. Biz çox şey istəyirik. Böyük ölkələrlə özümüzü müqayisə edirik. Vaxt lazımdır. Mübarizə aparsaq, hər şey ola bilər.

- İslandiyaya 0:5 hesablı məğlubiyyəti izləmisiniz? Sınmış komandanı belə formalaşdırıb meydana çıxarmaq nə dərəcədə çətindir? Bu komanda ilə nə etmək olar?

- Bazaya girəndə, görünürdü ki, futbolçular məyus idilər. Təcrübəli oyunçularla və ümumi görüşümüz oldu. Bu yöndə hazırlaşdıq. Daha yaxşısını edə bilərik.

- Renat və Mahirin zəif oyunu nə ilə əlaqədardır?

- Mahirlə Renat taktiki baxımından pis oynamadılar. Mahir keçən oyunda meydanda olmuşdu. Renat sonradan daxil olmuşdu. Oyuna baxmadım, epizodlara baxdım. Biz Portuqaliya səfərindəydik. Bolqarıstanı təhlil edirdik. Ani hadisə baş verdi. Futbolçuları da İslandiya oyununa qaytarmaq istəmədik. Mahir, Renat və digər oyunçuların potensialı var.

- Oyundan əvvəl qərar verilmişdi ki, penaltini Emin vursun, yoxsa Toral?

- Toral oyuna sonradan daxil oldu. Penaltini Eminə vermişdik. Toral ona uğurlar arzuladı. Çünki komandada çox istəyirdilər ki, Emin qol vursun. Zarafatla dedilər ki, canımız qurtardı, bu qolu vurdu(gülür). Oyunu dəyişmə anı Toralın meydana girməsi oldu. Çox fikirləşdik ki, Toralla yoxsa, Rüstəmlə başlayaq. Toral iki mövqedə oynaya bilir.

- Anatoli Nuriyevin son dəqiqələrdə qol epizodunu heçə endirməsini nə ilə əlaqələndirirsiniz?

- Bu gün bu mübarizədən sonra hansısa futbolçudan incimək olmaz. Qələbə daha möhtəşəm olardı. O epizoda baxsaq, ora necə getdik, necə mübarizə apardıq. 100 faizlik qol epizodu da deyildi. Anatoli də bu gün oyuna girib, oyunumuzu gücləndirənlərdən oldu.

- AFFA rəhbərliyi ilə dünən görüşünüz olub? Müvəqqəti olacaq işiniz, yoxsa necə?

- Oyundan sonra da rəhbərlik təbrik etdi. Görüşümüz oldu. Bir oyunluq kömək edib, bu durumdan çıxmaq...Peşəkar yanaşsaq, kənardan hansısa məşqçinin 1 gündə gəlməsi düzgün olmazdı. U-21 yığması əvəzedici kimi gedir. Federasiya məşqçiləriyik, kömək lazımdırsa, borcumuzdur. Gələcək haqda söhbət etmək tezdir. Zaman göstərər.

- 3 yerdə işləmək çətin deyil ki?

- Dünəndən yaxşı mövzuya çevrilib(gülür). Məcburidir. Üç yer olmur. U-21 yığmasının oyununda köməkçilər var idi. Üç yerdə çətindir, iki yer problem deyil.

- Millidə heç vaxt oynamamısınız. Hansı hissləri keçirdiniz?

- U-21-də uşaqlarla söhbət edəndə qarşımıza məqsəd qoymuşduq ki, ən yaxşı xalı yığaq. Heç vaxt milliyə dəvət almamışam. Başqa hissdir.

- Abdulla Xaybulayev debüt etdi. Onun indiyə qədər millidə olmaması sizə təəccüblü idi?

- Bunu çox müzakirə edirdim. Xaybulayev Azərbaycan çempionatında dayaq yarımmüdafiəsində ən yaxşıdır. "Turan Tovuz"da və "Şamaxı"da onu dəvət etmək istəmişdik. Böyük potensialı var.

- Hər zaman deyirdik ki, gah problem futbolçulardadır, gah xarici məşqçilərdə. Sizcə, həqiqətən biz xarici məşqçilərlə vaxt itirmişik?

- Bu dəqiqə bu suallara cavab versəm, tam başqa cür başa düşülər. Deyərlər ki, bir xal qazandı, hər şeyi danışır. Bu, başqa mövzudur. Bu suallara başqa vaxtı geniş cavab vermək olar. Əcnəbi məşqçi də lazımdır. Amma əlbəttə ki, yerli məşqçi ilə futbolçulara daha rahat olardı. O demək deyil ki, əcnəbi çalışmamalıdır. Çətin mövzudur. Allah qoysa, ən düzgün qərar verilər. (sportal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Türkiyənin vitse-prezidenti Bakıya gəlir - Azərbaycanla ticarət hədəfi 15 milyard dollardır

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

Gəncədə iki maşın toqquşdu - Xəsarət alanlar var

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

87 yaşlı Şamaxı sakini: "Heç vaxt boş dayanmağı sevmirəm” - VİDEO

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Rusiyada azərbaycanlı öz oğlunu maşınla vurub öldürdü

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Moskvadan Antalyaya uçan təyyarə təcili eniş etdi

Rusiya Ukraynada ciddi itkilər verir

Rusiya Ukraynada ciddi itkilər verir

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

"Qarabağ"ın keçmiş hücumçusu yeni kluba keçdi

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

San-Fransiskoda 130 mindən çox insan işıqsız qaldı - VİDEO

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

Azərbaycandan XOŞMƏRAMLI ADDIM – Regionda geosiyasi struktur DƏYİŞİR?

"Kuruluş Osman"ın aktrisası yeni serialda

"Kuruluş Osman"ın aktrisası yeni serialda

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Tərtərdə kanalda batan şəxsin kimliyi AÇIQLANDI

Bu gün Azərbaycana qış gələcək

Bu gün Azərbaycana qış gələcək

Ukrayna bu ərazini boşaldır

Ukrayna bu ərazini boşaldır

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Tərtərdə bədbəxt HADİSƏ - Bir nəfər kanalda batdı

Prezidentin Rusiyaya səfəri gözlənilir

Prezidentin Rusiyaya səfəri gözlənilir

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ukrayna partizanları Rostovda dəmir yolu qovşağını partlatdı - VİDEO

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Ermənistan bankları rusiyalılara hesab açmaqdan imtina etdi - SANKSİYALARDAN QORXURLAR?

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Samara vilayətində 4 uşaq itkin düşdü - FOTO

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Naxçıvan hava limanında sərnişinlərin qızıllarını oğurlayanlar aeroportun işçiləri olub - TƏFƏRRÜAT

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Ukraynanın parçalanmasında maraqlı deyilik - Orban

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

Çin Rusiyadan rekord həddə QIZIL ALDI

End of content

No more pages to load

RADİO