“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Atletik”in futbolçusu Yeray Alvares cəzalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Alvares dopinq testi pozitiv çıxdığı üçün 10 aylıq diskvalifikasiya edilib. Futbolçunun cəzası 2026-cı il aprelin 2-də başa çatacaq.
“Qarabağ” “Atletik”lə II tur çərçivəsində oktyabrın 22-də səfərdə qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media