“Qarabağ” klubu ciddi itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, komandanın əsas hücumçularından biri olan Nəriman Axundzadə zədələnib.
Millinin düşərgəsində zədələnən futbolçu artıq yığmadan ayrılıb.
İlkin müayinələrdən sonra futbolçunun ən azı 4 həftəyə yaxın yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib. Məhz bu səbəbdən də forvard Ağdam klubunun Çempionlar Liqasının start oyununda “Benfika” ilə görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Qarabağ” “Benfika” ilə sentyabrın 16-da səfərdə qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media