Futbol üzrə milli komandamızı Ukrayna ilə oyuna Ayxan Abbasov çıxaracaq.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib.
U-21 millisinin baş məşqçisi komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, bu gün AFFA İcraiyyə Komitəsinin qərarı ilə Fernandu Santuş istefaya göndərilib.
Rəşad Rafiqoğlu, Bizim.Media