Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Kopenhagendə keçirilən Avropa Kubokunda ilk dəfə finala vəsiqə qazanıb.
Bizim.Media xəbər verir ki, millimiz yarımfinalda İspaniyanı 17:12 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan basketbol millisi qrup mərhələsində Fransanı (21:16) və Ukraynanı (21:14), 1/4 finalda isə Polşanı (16:13) məğlub etmişdi.
Bizim.Media