Fransanın "Nitsa" klubu baş məşqçi Frank Haysla bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, 54 yaşlı mütəxəssisin sözləşməsinin müddətini uzadıb. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Fransalı məşqçi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Frank Hays ötən ilin yayından "Nitsa"nı çalışdırır.
Bizim.Media