Çempionlar Liqasının Liqa fazasında "Qarabağ"ın rəqiblərindən olan "Napoli" iştirak ərizəsini UEFA-ya göndərib.
Bizim.Media xəbər verir ki, baş məşqçi Antonio Konte siyahıya 24 futbolçunun adını daxil edib.
Komandanın liderlərindən olan Romelu Lukaku iştirak ərizəsində yer almayıb. Belçikalı hücumçu uzunmüddətli sıradan çıxıb. O, zədə səbəbindən 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Qarabağ"ın "Napoli" ilə oyunu 25 noyabr tarixində İtaliyada baş tutacaq.
Bizim.Media