İspaniyanın "Barselona" komandası 17 yaşlı azərbaycanlı futbolçu İbrahim Babayevlə müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, 2008-ci il təvəllüdlü Babayev karyerasına klubun gənclər komandasında başlayacaq.
İbrahim Babayev bundan əvvəl İsveçrənin "Servette" klubunda çıxış edib və Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının (U-17) üzvüdür.
Bizim.Media