"Qarabağ" FK-nın futbolçuları qadın hakimlə görüşdən imtina ediblər.
Bizim.Media xəbər verir ki, "Qarabağ"ın futbolçuları Musa Qurbanlı və Bədavi Hüseynov bu gün "Karvan"la oyunda qadın hakim əlini uzatsa da, onunla görüşməkdən imtina ediblər.
Futbolçuların bu davranışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qarabağ" Şamaxıda "Karvan-Yevlax"ın qonağı olub və 2:0 hesablı qələbə qazanıb.
Bizim.Media