Xəbər verdiyimiz kimi "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda İngiltərənin "Çelsi" klubu ilə mübarizə aparacaq.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld qarşılaşmanı səbirsizliklə gözlədiyini yazıb.
O, 8 ildən sonra iki klubun yenidən Bakıda qarşılacağını qeyd edib.
Qeyd edək ki, püşkün nəticəsinə əsasən, Azərbaycan çempionu "Liverpul" (İngiltərə), "Benfika" (Portuqaliya), "Napoli" (İtaliya) və "Atletik"lə (İspaniya) səfərdə, "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"lə (Danimarka) evdə qarşılaşacaq.
Günay Şahmar, Bizim.Media