UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, təmsilçimiz Şotlandiya çempionu “Saltires”lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, komandamız ilk matçda “Sparta Belfast”a 9:1 hesabı ilə qalib gəlib. “Saltires” isə Avstriya çempionu “Ljuti Krajişniçi”ə 1:5 hesabı ilə yenilib.
28 avqust
19:00. "PYF Saltires" (Şotlandiya) – "Araz-Naxçıvan" (Azərbaycan)
Hakimlər: Vladimir Sebek, Qonçalo Felipe Santos Duarte, Aleksandar Vangelov (Bolqarıstan)
Linz. NMS İdman Sarayı
Bizim.Media