UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda üçüncü qol vurulub.
Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 45-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Abdullah Zubir komandamızı önə keçirib.
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ" "Ferensvaroş"la oyuna bu heyətlə ÇIXIR
Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.
Komandalar arasında keçirilən ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
Bizim.Media