"Barselona"nın B komandasında oynayan Eldar Tağızadənin xidmətində maraqlı olan klublar var.
Bizim.Media xəbər verir ki, 22 yaşlı qolkiper İspaniyanın “İbiza” klubunun diqqətini çəkib.
Belə ki, bu klub azərbaycanlı qolkiperi qışa qədər icarəyə götürməyi planlaşdırır. Lakin qolkiper özü “Barselona” B komandasında qalmağı və yeni mövsümə məhz bu komandada başlamağı planlaşdırır.
Qeyd edək ki, “Barselona” B komandasının çıxış etdiyi 3-cü liqada mövsümə sentyabrın 7-də start veriləcək. Onun formasını geyindiyi klub evdə “Porreres”lə qarşılaşacaq.
Eldar 2026-cı il iyunun 30-na qədər Kataloniya klubuna məxsusdur. Əlavə edək ki, azərbaycanlı futbolçu 2024-cü il avqustun 10-da "Barselona"ya keçib. O, ötən mövsüm icarə əsasında "Tudelano"nun qapısını qorumuşdu.
Rəşad Rafiqoğlu, Bizim.Media