"Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 2-ci turunda "Karvan"a 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib.
Bizim.Media xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Düşünürəm ki, biz topla daha çox oynadıq. Amma rəqib ələ düşən imkanlardan istifadə etdi. Bizim üçün ən önəmli məsələlərdən biri azarkeşlərin bizdən narazı qalması idi, haqları da var. Onlar komandadan qalibiyyət istəyirlər. Qalibiyyəti də almalıdırlar. Onların bu istəyini həyata
keçirə bilmədiyimiz üçün çox üzgünük. Amma biz irəli baxırıq. Çalışacağıq ki, itirdiyimiz xalların əvəzini qarşıdakı oyunlarda çıxaq".
Bizim.Media