"Napoli"nin yay transfer pəncərəsi üçün daha bir hədəfi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romao məlumat yayıb.
İtaliya təmsilçisi "Mançester Yunayted"dən Rasmus Hoylundu transfer etmək niyyətindədir.
"Napoli" artıq 22 yaşlı hücumçunun keçidi ilə bağlı danışıqlara başlayıb.
Hoylundun "Mançester Yunayted"lə hazırkı müqaviləsi isə 2028-ci ilin yayına qədərdir.
Bizim.Media