İspaniya "Vilyarreal"ı "Çelsi"nin (İngiltərə) müdafiəçisi Renatu Veyqanı transfer edib.
Bizim.Media xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı futbolçu ilə 2032-ci ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Renatu Veyqa ötən mövsümün ikinci yarısını icarə əsasında "Yuventus"un (İtaliya) heyətində keçirib. O, bütün yarışlarda 33 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.
Bizim.Media