“Leyriya”da çıxış edən Xuan Munyoz “Qarabağ”ın formasını geyinə bilməyəcək.
Bizim.Media xəbər verir ki, ispaniyalı hücumçu menecerlər vasitəsilə onlara təklif olunub.
Fəqət, yaş məsələsinə görə bu transfer gündəlikdən çıxarılıb.
Belə ki, hazırda Portuqaliya II Liqasında forma geyinən forvardın 29 yaşı var.
Qurban Qurbanov isə futbolçunun yaşının yuxarı olmasını əsas gətirərək onun keçidinin qarşısını alıb.
Rəşad Rafiqoğlu, Bizim.Media